qoşa saitlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qoşa saitlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Ekim 2014 Cuma

Eyni qoşa saitlərin oxunuş qaydası

Müasir Azərbaycan dilində, başlıca olaraq, dörd sait əsasında formalaşan eyni sait qoşalığının aşağıdakı növlər vardır. 
1.   AA: Belə sait qoşalığı sözün hər yerində bir uzun a kəmiyyətində tələffüz olunmalıdır: maaş – ma:ş, maarif – ma:rif saat – sa:t, camaat – cama:t və s. 
2.   ƏƏ: Belə sait qoşalığı hər yerdə bir uzun ə kəmiyyətində tələffüz olunmalıdır. Söz ortasında təəccüb - tə:ccüb, təəssüf- tə:ssüf, təəhhüd - tə:hhüd və s. S ö z s o n u n d a : əmtəə - əmtə:, mətbəə - mətbə: və s. 
3.   İİ: Ancaq bir neçə sözün sonunda yazılan ii saitləri araya artırılan y ilə qovuşmuş halda iki qısa i çalarlığında tələffüz olunur: bədii - bədi yi, təbii - təbi yi və s. 
4.   OO: Son zamanlarda ədəbi dilə daxil olmuş bir sıra sözlərdə, xüsusən terminlərdə qoşa o işlənir ki, bunlar, əsasən, iki çalarlıqda tələffüz olunur: 
a)   Əgər qoşa o-nun son hissəsi vurğuludursa, o zaman belə qoşa o bir uzun vurğulu o kimi tələffüz olunur: zooloq - zôloq və s. 
b)   Əgər qoşa yazılan o vurğusuzdursa, uzadılmış a çalarlığında tələffüz olunur: kooperatıv – ka:perativ, koordinator – ka:rdinator və s. 
Qeyd: Əgər qoşa vurğusuz o-dan sonrakı heca vurğulu o saiti ilə formalaşmışdırsa, qoşa o diftonq ao, yəni uzadılmış a ilə qısa o qovuşuğu çalarlığında tələffüz olunmalıdır: zoologiya – za:ologiya və s