Müasir Azərbaycan
dilindəki bir sıra sözlərin əvvəlində, ortasında, bəzən də sonunda müxtəlif
saitlər yanaşı gəlir və yanaşı da yazılır. Lakin yanaşı yazılan belə müxtəlif
saitlərin tələffüzü ilə yazılışı tam eyniyyət təşkil etmir və orfoepik normaya
görə, əsasən iki çalarlıqda tələffüz olunur.
Aşağıdakı növ
qoşalıqları təşkil edən yanaşı saitlər aralarına artırılan y samiti
ilə qovuşmuş halda müxtəlif kəmiyyət çalarlığında tələffüz olunurlar.
Qeyd: Burada
qabaqcadan belə bir məsələni qeyd etməliyik ki, qoşa sait arasına artırılan y dedikdə, y çalarlıqlı
bir samitin tələffüzdə artırılması nəzərdə tutulur və bu səs tam y deyil,
burada adətən birinci saitdən sonra azacıq y mexrəcində
bir samit səsin tələffüzü başlanır və bu səs tam halda formalaşmamış sonrakı
sait tələffüz olunur. Deməli, tələffüzdə qoşa sait arasına artırılan y dedikdə y səsinin
başlanğıc tonu nəzərdə tutulur və belə də anlaşılmalıdır.
Aİ: Tərkibində ai qoşalığı
olan söztərin tələffüzündə bu saitlərin arasına y samiti
artırılır və y-dan əvvəlki a azacıq
uzun, y-dan sonrakı i saiti isə
azacıq qısa tələffuz olunur: a:yid (aid), a:yilə (ailə), da:yirə (dairə), xa:yin (xain), sa:yit (sait)
və s.
AE: Tərkıbində ae qoşalığı
olan bir neçə düzəltmə söz müasir Azərbaycan dilində işlənir ki, bunların
tələffüzündə e saiti düşmə dərəcəsində qısalır, buna
görə də belə sözlərdə ae qoşalığı ay həcası
kımi tələffüz olunur: ayrostat (aerostat), ayroport (aeroport), ayrologiya (aerologiya)
və s.
Əİ: Tərkibində əi qoşalığı
olan sözlərdə bu saitlərin arasına y samiti artırılaraq
tələffüz olunur: zəyif (zəif), məyişət (məişət) və
s.
İA: Tərkibində ia qoşalığı
olan sözlərdə əvvəlki i qısaldılır və bu saitlərin
arasına y samiti artırılaraq tələffüz olunur: diyalekt (dialekt), diyaqram (diaqram), diyametr (diametr), biyabır (biabır)
və s
Q e y d:
1) bəzən əvvəlki i tamamilə
düşür; məs. sosyalist (sosialist) və s.
2) avia sözündə ia qoşalığının
ilk səsi i qısa, a səsi isə adi
kəmiyyətdə, lakin yo çalarlığında tələffüz olunur: aviyomodel (aviomodel), aviyovağzal (aviovağzal)
və s.
3) iddia, biar sözlərində y samiti
artırılmır.
4) ia qoşalığından
sonrakı hecada ə saiti olduqda, araya y samiti
artırılmır və a bir qədər uzun tələffüz olunur: ria:yət (riayət), ia:şə (iaşə), ia:nə (ianə)
və s.
İO: Tərkibində io qoşalığı
olan sözlərdə həmin saitlərin arasına y samiti
artırılaraq iya çalarlığıda tələffüz olunur. piyaner (pioner), biyalogiya (biologiya)
və s.
Q e y d: Radio sözünün
tələffüzündə i qısa, o isə y ilə
birlikdə adi kəmiyyətdə tələffüz olunur. radiyo və s.
İU: Tərkibində iu qoşalığı
olan sözlərdə həmin qoşalıq iyu çalarlığında tələffüz olunur: radiyus (radius), radiyum (radium)
və s.
İƏ: Tərkibində iə qoşalığı
olan sözlərdə həmin qoşalıq iyə çalarlığında
tələffüz olunur. təbiyət (təbiət), şəriyət (şəriət), müdafıyə (müdafiə), vaqiyə (vaiqiə), faciyə (faciə)
və s.
Eİ: Tərkibində ei qoşalığı
olan sözlərdə həmin qoşalıq eyi çalarlığında
tələffüz olunur: ateyist (ateist), kodeyin (kodein)
və s.
EA: Tərkibinde ea qoşalığı
olan sözlərdə həmin qoşalıq qısa i saiti ilə iya çalarlığında
teləffuz olunur: tiyatr (teatr), riyal (real), riyaksiya (reaksiya), riyaktor (reaktor)
və s.
EO: Tərkibində eo qoşalığı
olan sözlərdə həmin qoşalıq qısa və daha dar məxrəcli e ilə eyo çalarlığında
tələffüz olunur: teyorem (teorem), feyodal (feodal), teyodolit (teodolit)
və s
OE: Belə qoşalıq sözün
ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) az
qısa, lakin öz məxrəcində e saiti ilə adi kəmiyyətdə, ye çalarlığında
tələffüz olunur; məsələn poyeziya (poeziya), poyema (poema), poyetika (poetika)
və s.
Qeyd: Əgər belə
qoşalıq sözün ilk hecası ilə bağlı olmazsa, qoşalığı təşkil edən səslərdən
birincisi (yəni o) çox qısa, e saiti isə adi
kəmiyyətdə, lakin eo diftonqunun sonu kimi teleffuz olunur orfoepiya (orfoepiya)
ve s
Oİ: Tərkibində oi qoşalığı
olan sözlərdə həmin qoşalıq ayi çalarlığında tələffüz olunur eqayist (eqoist)
və s.
Q e y d: Əger əvvəlki
hecada o olarsa, qoşalıq oyi çalarlığtnda
tələffüz olunur kolloyid (kolloid)
UE: Tərkibində ue qoşalığı
olan sözlərdə həmin qoşalıq uye çalarlığında tələffüz olunur: duyel (duel), duyet (duet)
və s.
Aşağıdakı növ
qoşalıqları təşkil edən saitlər, əsasən qovuşuq halda diftonq çalarlığında
tələffüz olunur.
UA: Tərkibində ua qoşalığı
olan sözlərdə, adətən birinci sait u azacıq qısa və a məxrəcinə
hazırlıq çalarlığında, a isə vurğulu olduqda daha aydın
məxrəcdə, vurgusuz olduqda u ilə daha çox qovuşuq çalarlıqda
tələffüz olunur. sual, aktual, dua, dualist və s.
AU. Tərkibində au qoşalığı
olan sözlərdə belə qoşalıq a səsinin azacıq qısalması ilə au diftonqu
çalarlığında da tələffüz olunur: fauna, kauçuk, raund, lauriyat və
s.
AO. Tərkibində ao qoşalığı
olan sözlərdə belə yanaşı saitlər dodaqlanmış diftonq çalarlığında belə
tələffüz olunur: kakao - kakou və s
AƏ. Tərkibində aə qoşalığı
olan sözlərdə belə qoşalıq enişli diftonq çalarlığında, yəni ilk saitin (a səsinin
azacıq uzanması, ikinci saitin (ə səsinin) azacıq qısaldılması
ilə (aə kimi) tələffüz olunur: itaət, qənaət, şücaət.
bəraət və s.
Hiç yorum yok:
Yorum Gönder