29 Temmuz 2017 Cumartesi

Alınma sözlərin tələffüzü


ƏRƏB VƏ FARS MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ
1.       Ərəbcə və farscada ğ ilə deyilən sözlər tələffüzdə q səsi ilə ifadə olunur; məs.: qalib, qeyrət, qərb, qüssə, qəflət, qəribə və s.
2.       Təkhecalı sözlərin sonunda gələn qoşa samitlərdən biri tələffüz olunmur; məs.: zən, zid, rəd sir, tib, fən, xət, həd, həl, his və s.
Belə sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırındakı qoşa səslər qalır; məs.: haqqında, ziddinə, xəttin və s.
3.       Ərəbcədə sözlərin ortasında i ilə yazılan sözlər tələffüzdə yi ilə ifadə olunur; məs.: ayilə, bayis, dayim, dayirə, mayil, fayiz, xayin və s.
4.       Bir qisim ərəbcə və farsca sözlər dilimizin ahənginə tabe edilərək tələffüz olunur, lakin bir qisim sözlər də vardır ki, əslində olduğu kimi, yəni ahənginə tabe edilməyərək tələffüz olunur.
a)     ahəngə tabe olanlar; məs.: nahar, zaman, nağıl, naxış, rahat, davam, qadağan, babat, qala, xata, xırman, fağır, farağat, bəxt, bəxtəvər, vərəq, dənə, təqsir, tərəzi, xəmir, xətir  və s.
b)     ahəngə tabe olmayanlar; məs.: bərabər, qəbul, qərar, zəmanə, xatirə, istirahət, iştaha, səfa, kənar, macəra, güzəran, məhsul və s.
5.       Ərəbcə və farsca sözlərin əsasən birinci hecasında gələn ə, i, ü səslərinin tələffüzü.
a)      ə səsi ilə tələffüz olunur; məs.: qənaət, əmtəə, nəhayət, rəyasət, səyahət, cəhət və s.
b)      i səsi ilə tələffüz olunur; məs.: Vidadi, qiraət, nicat, rica, siyasət və s.
v)      ü səsi ilə tələffüz olunur; məs.: Füzuli, fürsət, hücum, şüar və s.
6.       Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda iki sait arasında n, y və s səsləri tələffüz olunur; məs.: sənayenin, sənayeyə, sənayesi, mənbəyi, mənşəyi, taleyi, ixtirası, misrası və s.
7.       Əslində sifət şəkilçisi iyyə, məsdər şəkilçisi iyyət və bunların cəmi olan iyyat bir y ilə tələffüz olunur; məs.: maliyə, səviyə, əhəmiyət, cəmiyət, ziddiyət, kəmiyət, müvəffəqiyət, ictimaiyət, ədəbiyat, külliyat və s.
8.       Farsca binahəm kimi ön şəkilçilər sözlərə bitişərək olduğu kimi tələffüz edilir; məs.: bisavad, naxoş, namərd, həmcins və s.
9.       Farsca sözün axırında gələn sifət şəkilçisi tələffüzdə də i (samitlə bitənlərdə), vi (saitlə bitənlərdə) ilə ifdə olunur; lazımi, təsadüfi, iqtisadi, Gəncəvi, kimyəvi və s.
10.     Farsca yer bildirən -stan, -ıstan, -istən, -ustan, -üstan şəkilçiləri yazıldığı kimi də tələffüz edilir; məs.: Gürcüstan, Ermənistan, Dağıstan, Hindistan, Monqolustan, Kürdüstan və s.
11.     Sözlərin axırına qoşulan farsca naməxana sözləri yazıldığı kimi də tələffüz olunur; məs.: kitabxana, çayxana, şəhadətnamə, bəyannamə və s.

RUS VƏ AVROPL MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ
1.       Ruscada sözün tərkibindəki q səsindən sonra e və i səsləri kələrsə, q səsi gsəsi kimi tələffüz olunur; məs.: geologiya, biologiya, gimnastika, gitara, general, geodeziya, gerb və s.
2.       Əslində h, ruscada isə bəzən q və bəzən də x ilə deyilən sözlər h səsi ilə tələffüz olunur; məs.: humanizm, himn, Hekel, harmoniya, hektar, Bethoven və-s.
3.       Əslində c, rusçada isə dj ilə deyilən sözlər c ilə tələffüz olunur; məs.: caz, cemper, Caparidze, Cek London və s.
4.       Sözlərin tərkibindəki ts səsi s ilə tələffüz olunur; məs.: sirk, sex, resept, dasent, kansert və s.
Q e y d: Xüsusi isimlərdə kələn ts səsi ts kimi tələffüz olunur; məs.: Tsetkin, Zaytsev, Kuznetsov, Motsart, Titse və s.
5.       Sözlərib əvvəlində kələn  səsi ş səsi ilə tələffüz olunur; məs.: Şerba, Şedrin, şotka və s.
6.       Ruscada o səsi ilə yazılıb, a səsi ilə deyilən sözlər a səsi ilə də tələffüz olunur; məs.: praqram, prablem, Maskva, Adessa, Qançarov, Talstoy, mator, paravoz, samavar  və s.
7.       Sözlərin tərkibində ia səsləri iya kimi tələffüz olunur; məs.: diyalektika, imperiyalizm, materiya, sosiyalizm və s.
8.       Sözün müxtəlif yerlərində gələn eynicinsli qoşa samitlərdən biri tələffüz olunmur; məs.: antena, aparat, masaj, pasaj, tunel, rejisor, sesiya, teleqram və s.
Qeyd: Bəzi sözlərdə isə qoşa səslər tələffüz olunur; məs.; kassa, vassal və s.
9.       Ruscada sonu a ilə bitən sözlər tələffüzdə a-sız deyilir; məs.: qəzet, qrup, dram, pyes, planet, prablem və s.
Qeyd: Aşağıdakı sözlərdə sözün axırında a tələffüz edilir; məs.: forma, kassa, fabula, norma, diktatura, qrammatika, palata, respublika, taktika və s.
10.     Ruscada sonu ik ilə bitən və sözün vurğusu bu şəkilçidən əvvəlki hecanın üzərinə düşən ixtisas və məşğuliyyət bildirən sözlər ruscada olduğu kimi tə- ləffüz olunur; məs.: fizik, botanik, akademik, texnik.


Qeyd: Akademik sözü sifət bildirdikdə (akademiçeskiy) vurğu sözün axırıncı hecasına keçir; məs.: akademik saat, akademik borc və s.

1 yorum: