A səsi arxa sırada, geniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: alma, ata, bağlar, alacağ və s.
Bəzi ərəb və fars mənşəli sözlərdə a səsi uzun tələffüz olunur; məs.: ma:ş, sa:t, da:va, Sa:bir, a:li, şa:gird. a:şiq, a:ram, a:hu və s.
y səsi özündən əvvəl gələn geniş (açıq) saiti dar (qapalı) saitə çevirir; buna görə də şəkilçilərdə ysəsindən əvvəl gələn geniş a səsi y səsinin təsiri altıda dar ı səsinə keçir; məs.: anıya, almıyacağ, başdıyar, bağlıyır, danlıyır və s.
Saitlə bitib, digəri isə saitlə başlanan iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffüzü qeyri-mümkün olur və həmin tərkibdə birinci söz öz vurğusunu itirdiyi üçün onun son səsi (a saiti) tələffüz edilmir; məs.: Ağəli, Baləli, xaloğlu və s.
Sözün axırıncı y səsindən sonra gələn a səsi ismin yönlük halında iki y səsinin arasında tamamilə darlaşır və tələffüz edilmir; məs.: qayya (qayaya).
Tələffüzdə orada, burada yer zərflərində r səsindən sonra gələn a səsi deyilmir; məs.: orda, burda.
Ə səsi ön sırada, keniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Ə səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: əl, nənə, dərələr, dədəmə, kəlmə və s.
Bəzi ərəb və fars mənşəli sözlərdə ə səsi uzun tələffüz edilir; məs.: tə:lim, tə:yin, tə:ziq,. tə:rif, bə:zi, mə:lum. Şəkilçilərdə y səsindən əvvəl gələn geniş ə səsi y səsinin təsiri altında dar i səsinə keçir; məs.: dəv i yə, kəlm i yəcəy, işd i yir, dinl i yir və s.
Saitlə bitən və saitlə başlanan sözlərin birləşməsindən əmələ kəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffuzü qeyri-mümkün olduğu və tərkibdəki birinci söz öz vurğusunu itirdiyi üçün əvvəlinci sözün ə saiti tələffüz edilmir; məs.: Mirzağa, Mirzəli və s.
E səsi ön sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səs tələffüzdə də ancaq sözün birinci hecasında özünü göstərir; məs.: yeişy, sel, demə, eşit və s.
Ə səsi ilə bitən və e səsi ilə başlanan sözlər bitişik tələffüz edildikdə ə səsi deyilmir və e səsi uzun tələffüz olunur; məs.: ne:dim (nə edim).
Q e y d. Bəzən ikinci sözün əvvəlində y səsi deyildiyindən e səsi adi şəkildə tələffüz edilir; məs.:neyliyim (nə eləyim).
Ərəb və fars mənşəli sözlərdə e səsi bəzən uzun tələffüz edilir; məs.: e:tibar, e.tiraz, e:lan, e:tina və s.
I səsi arxa sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə tələffüzdə ancaq sözün ortasında və axırında təsadüf edilir; məs.: qırmızı, qış, sarı və s.
Vurğunun son hecaya düşməsi nəticəsində sözün birinci hecasında ı səsi qısa tələffüz olunur; məs.:qıfıl, qızdırma, tısbağa və s.
Bəzi sözlərə saitlə başlayan şəkilçilər qoşulduqda, vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində, sözün axırıncı hecasındakı ı səsi tələffüz edilmir; məs.: ağız-ağza, ağzı, ağzım, alın-alnı, alnın və s.
Sözün axırında y səsindən sonra gələn ı səsi ismin yönlük halında iki y səsinin arasında darlaşır və çox zəif tələffüz edilir; məs.: ayıya-ayıya, dayıya- dayıya və s.
Saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci söz vurğusunu itirdiyi üçün onun axırında olan ı səsi qısa tələffüz edilir; məs.: dayıoğlu, bacıoğlu və s.
İ səsi ön sırada dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. İ səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: iş, diş, tik, iri, iti və s.
Sözün birinci vurğusuz hecasında i səsi qısa tələffüz olunur; məs.: kiçiy, kişi, dişdəmə, piti, pişiy və s.
Bəzi ərəb mənşəli sözlərdə i uzun tələffüz olunur; məs.: vəsi:qə, ni:zə, vi:ran, Vəsi:lə, Mədi:nə və s.
Bəzi sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı i səsi tələffüz edilmir; məs.: şəkil-şəklə, şəkli; sinif-sinfin, sinfə, sinfimiz, Misir-Misrə və s.
O səsi arxa sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə, bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: boyun, boğça, dodaq, toyuq, pozmaq və s.
Ö səsi ön sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə də bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: öz, döşəy, sökməy, döyməy və s.
U səsi arxa sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur.
U səsinə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: uzun, uduş, quru, quzu və s.
Bəzi ərəb mənşəli sözlərdə söz ortasında u səsi uzun tələffüz olunur; məs.: xüsu:si, Füzu:li, tu:fan və s.
Sözün vurğusuz birinci hecasında u səsi qısa tələffüz olunur; məs.: bulaq, bucaq, budağ, buzov və s.
Bəzi sonor səslərlə bitən ikihecalı sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırıncı hecasındakı u səsi vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində tələffüz edilmir; məs.: burun-burnu, oğul-oğlu, oğlum və s.
Ü səsi ön sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: üzüm, ütü, üzüy, üzməy və s. Sözün vurğusuz birinci hecasında ü səsi qısa tələffüz olunur; məs.: tüfəng, qüzey, düşmən, bütün, bürün, düyün, tüstü və s.
Sonor saitlərlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı ü səsi deyilmir; məs.: ömür-ömrün, ömrə, ömrü, zülüm- zülmün, zülmə, zülmü və s.
Hiç yorum yok:
Yorum Gönder