Müasir
Azərbaycan dilində, başlıca olaraq, dörd sait əsasında formalaşan eyni sait
qoşalığının aşağıdakı növlər vardır.
1. AA: Belə sait qoşalığı sözün hər yerində bir uzun a kəmiyyətində
tələffüz olunmalıdır: maaş – ma:ş, maarif – ma:rif saat – sa:t, camaat – cama:t
və s.
2. ƏƏ: Belə sait qoşalığı hər yerdə bir uzun ə kəmiyyətində tələffüz
olunmalıdır.
Söz ortasında təəccüb - tə:ccüb, təəssüf- tə:ssüf, təəhhüd - tə:hhüd və s.
S ö z s o n u n d a : əmtəə - əmtə:, mətbəə - mətbə: və s.
3. İİ: Ancaq bir neçə sözün sonunda yazılan ii saitləri araya
artırılan y ilə qovuşmuş halda iki qısa i çalarlığında tələffüz olunur: bədii -
bədi yi, təbii - təbi yi və s.
4. OO: Son zamanlarda ədəbi dilə daxil olmuş bir sıra sözlərdə,
xüsusən terminlərdə qoşa o işlənir ki, bunlar, əsasən, iki çalarlıqda tələffüz
olunur:
a) Əgər qoşa o-nun son hissəsi vurğuludursa, o zaman belə qoşa
o bir uzun vurğulu o kimi tələffüz olunur: zooloq - zôloq və s.
b) Əgər qoşa yazılan o vurğusuzdursa, uzadılmış a çalarlığında
tələffüz olunur: kooperatıv – ka:perativ, koordinator – ka:rdinator və s.
Qeyd: Əgər qoşa vurğusuz o-dan sonrakı heca vurğulu o saiti ilə
formalaşmışdırsa, qoşa o diftonq ao, yəni uzadılmış a ilə qısa o qovuşuğu
çalarlığında tələffüz olunmalıdır: zoologiya – za:ologiya və s
Başlıqlar
- Əsas səhifə
- YENİ orfoepiya normaları (2021-ci il)
- AZƏRBAYCAN DİLİNİN ORFOEPİYA LÜĞƏTİ
- Ke (K) samitinin tələffüz qaydası
- -kı, -ki, -ku, -kü şəkilçilərinin tələffüzü
- Q samitinin oxunuşu
- Eyni qoşa saitlərin oxunuş qaydası
- SAİTLƏRİN TƏLƏFFÜZÜ
- Müxtəlif sait qoşalıqları və oxunuş qaydası
- Alınma sözlərin tələffüzü
- YARADILIŞ ELMİ HƏQİQƏTİNİN bütün dünyaya bəyan edilməsi və QURAN ƏXLAQININ bütün insanlar arasında yayılması üçün “Hər həftə yeni bir sayt”
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder