Ke samitiI Ke samiti aşağıdakı məqam və şəraitdə adi halda
öz məxrəcinə müvafiq, yəni k samitinin kar qarşılığı kimi tələffüz
olunmalıdır:
a) əsil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərdə.
1. Söz başında ı-dan başqa hər cür saitdən evvəl. kal, katib, kef, kəs, kələm, kim, kitab, kol, kotan, köz, köpük, kuzə, kül və s.
2. Söz ortasında saitlər arasında: çəkic, iki, öküz, hekayə, hökumət, zəka və s.
3. Söz ortasında cingiltili samitdən sonra saitdən əvvəl: inkar, nankor, erkən, tülkü və s.
4. Söz ortasında saitden sonra, cingiltili samitden əvvəl: hikmət, çəkmə, tökmə, hökmən, hönkür və s
5. Təkhecalı sözlərin sonunda: pak, tək, tik, tük, mülk, müşk, kürk.
b) Sona zamanlarda rus dilindən alınma sözlərdə:
1. Söz başında və ya sözün ortasında incə saitlərdən əvvəl gələrsə: jaket, bankir, anket və s.
2. Söz axırında incə saitlərdən sonra gələrsə: elastik dramatik və s.
II Əsil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərdə ke samiti məqam və şəraitdən asılı olaraq aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır:
a) Söz ortasında kar samitlə bitən hecadan sonra gələn heca başındakı ke samiti azacıq cıngiltililəşdirilmiş şəkildə tələffüz olunmalıdır: təşkil, müşkül, ötkün, kəskin, yetkin, əskikt küskün, düşkün və s.
Qeyd: Söz ortasında f, h samitləri ilə bitən hecadan sonrakı hecanın başındakı ke öz məxrəcinə uyğun tələffüz olunur əfkar, məhkum, möhkəm, məfkurə və s.
b) Söz ortasında yanaşı gelən kk-den ikincisi azacıq cingiltili tələffüz olunmalıdır: hikkə, Məkkə, mütəkkə, sikkə və s.
III Ke samiti aşağıdakı məqam və şəraitdə y samitinin kar qarşıhğı sayılan x' (ih) səsi çalarlığında azacıq nəfəsli tələffüz olunmalıdır:
a) Çoxhecalı sözlərin sonunda: çiçəx' (çiçək), ərix' (ərik), çürüx' (çürük), biləx' (bilək) və s.
b) Söz ortasında örtülü hecadan əvvəlki, qapalı hecanın sonundakı ke: kəx'lix' (kəklik), təx'lif (təklif), əx'lil (əklil), Əx'bər (Əkbər), ürəx'dən (ürəkdən) və s.
Qaynaq: Əbdüləzəl Dəmirçizadə (Müasir Azərbaycan dili 1-ci hissə fonetika, orfoepiya, orfoqrafiya Bakı, 2007)
Qeyd: V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.
Samitlə başlanan heca örtülü, saitlə başlanan heca örtüsüz adlanır:
Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC
Heca samitlə bitəndə qapalı, saitlə bitəndə açıq olur:
Qapalı heca: VC, CVC, CVCC, CCVCC, VCC Açıq heca: CV, CCV, V
1. Örtülü – açıq heca: CV, CCV
2. Örtülü – qapalı heca: CVC, CVCC, CCVCC
3. Örtüsüz – açıq heca: V
4. Örtüsüz – bağlı heca: VC, VCC

küskün
YanıtlaSilVətən
YanıtlaSil