24 Ekim 2014 Cuma

Q samitinin oxunuşu

Sonundakı samiti çalarlığında tələffüz olunan sözlərə samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda səsi yenə x çalarlığında tələffüz olunur. Lakin belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda əvəzinə ğ tələffüz olunur; məsələn papaq - papax - papaxçı. papaxsatan, papax - papağın dərisi, papağ aldım və s.

Q  samiti aşağıdakı məqam və şəraitdə adi halda, məxrəcinə müvafiq, aydın tələffüz olunmalıdır:
a)   Söz başında:
1.   Saitdən əvvəl: qal, qazan, qeyd, qeyrət, qəlb, qəşəng, qiyam, qiymət, qırmızı, qol, qonaq, qönçə, quş, qucaq, qütb, qüvvə və s.
2.   Samitdən əvvəl: qram, qrip, qrup, qvardiya və s.

b)   Söz ortasında:
1.    Saitlər arasında: xaqan, laqeyd, əlaqə, naqis, vaqon, hüquq, həqiqət, füqəra, intiqam, məqam və s.
2.   Saitlə cingiltili samit arasında: İqlim, miqdar, nəqliyyat, təqdim, əqrəb, əqrəba və s.
3.   Cingiltili sonor samitlə sait arasında: manqal, tonqal, ilqar, yonqar, inqilab, manqa, çınqıl və s.
4.   Kar samitlə sait arasında: çaşqın, sısqa, asqırmaq, hıçqırmaq, aşqar, dəhqan, təhqir, təhqiq və s.
5.   Qoşa q-dən ikincisi: hoqqa, toqqa, saqqal, baqqal və s.
Q samiti bir sıra sözlərdə məqam və şəraitdən asılı olaraq aşağıdakı çalarlıqda tələffüz olunmalıdır.
a)   karlaşmış halda -q  çalarlığında tələffüz olunmalıdır:
1.   Söz ortasında kar samitdən əvvəl yanaşı gələrsə: nöqtə, nəqş, iqtibas, iqtisad, nöqsan, rəqs, iqtidar, məqsəd və s.
2.   Söz ortasında qoşa q-dan  birincisi: toqqa, çaqqal, baqqal və s.
3.   Təkhəcalı sözlərin sonunda: irq, şərq, fərq, zövq, şövq, məşq, fövq, dınq, danq və s.
4.   Çoxhecalı alınma sözlərin sonunda: məntiq, ittifaq, natiq, aşiq, şəfəq, məxluq, tədqiq, istintaq, filoloq və s.
b)   Çoxhecalı əsil Azərbaycan sözlərinin, eləcə də çoxdan azərbaycancalaşmış bir sıra alınma sözlərin sonundakı q səsi x çalarlığında tələffüz olunmalıdır: qabax (qabaq), uzax (uzaq), papax (papaq), otax (otaq), torpax (torpaq), çırax (çıraq), çanax (çanaq), aşıx (aşıq), çomax (çomaq).
Qeyd: Sonundakı q samiti karlaşmış halda tələffüz olunan sözlərə samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda q-nin  tələffüzü eynən qalır, lakin saitlə başlanan şəkilçi bitişdirildikdə, söz qoşulduqda sondakı q səsi əslinə uyğun cingiltili tələffüz olunur, məsələn: ittifaq - ittifaqdan, ittifaqda, ittifaqın, dəqiq - dəqiq deyil, dəqiq olmalı və s.




2 yorum: