AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
“Elm” nəşriyyatı
BAKI – 1983
Redaktorları:
M. Ş. Şirəliyev
M.
B. Məmmədov
AZƏRBAYCAN DİLİNİN
ORFOEPİYA SÖZLÜYÜ (LÜĞƏTİ)
AZƏRBAYCAN
DİLİ ORFOEPİYASININ ƏSAS PRİNSİPLƏRİ
Müasir
ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Bu
ziyalılar müxtəlif rayonlardan olmalarına baxmayaraq, yazılı dilin təsiri
altında ümumiləşmiş ədəbi dildə danışırlar. Ədəbi tələffüz həmin ziyalıların
danışığından qidalanaraq öz qaydalarını süzgəcdən keçirir.
Müasir
dilimizin orfoqrafiyası danışıq dili əsasında qurulduğundan bir sıra
orfoqrafiya qaydaları eynilə orfoepiya üçün də qəbul edilə bilər.
Müasir
dilimizin orfoqrafiyası ilə orfoepiyası arasında ümumi və ayrılan cəhətlər
vardır. Fərqlənən çəhətlər orfoepiyanın xüsusiyyətləri ilə bağlıdır. Bu
xüsusiyyətlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir:
1. Ədəbi
tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin
ahənkini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələffüz edilən və zərif,
incə, gözəl səslənən cəhətləri saxlamaqdan ibarət olmalıdır. Orfoqrafiyada
morfoloji prinsipin tələbi üzrə felin şərt və arzu formaları keçmiş zamanda iki
variantlı şəkilçilərlə (-sa, -sə, -a, -ə) verilirsə; məs.:
alsa idi, gəlsə idi, ala idi, gələ idi, orfoepiyada bu şəkilçilər
yazıda olduğu kimi qəbul edilə bilməz; əvvəla, ona görə ki, ümumxalq
danışığında şərtin və arzunun hekayəsi həmişə bir variantlı şəkilçi ilə -sey,
-ey-lə ifadə olunur və digər tərəfdən, şifahi dildə alseydim,
aleydim formaları çox asanlıqda tələffüz edilib, danışığa zəriflik,
incəlik gətirir.
2. Orfoepiyada
ümumxalq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt
xüsusiyyətləri isə nəzərə alınmır.
Məlum
olduğu üzrə, orfoqrafiya morfoloji prinsipdən çıxış edərək assimilyasiya
hadisəsinə yol vermir, orfoepiyada isə, bunun əksinə olaraq, assimilyasiyadan
geniş surətdə istifadə edilir. Lakin elə assimilyasiya tipləri vardır ki, onlar
dar dialekt xüsusiyyəti daşıyır. Əlbəttə, assimilyasiyanın bu tipləri
orfoepiyaya daxil ola bilməz. Məsələn, -lar şəkilçisi n səsi
ilə bitən sözlərdən sonra gəldikdə ümumxalq danışıq xüsusiyyəti daşıyır və
ədəbi tələffüzə daxil olur (danışannar, qalannar, odunnar və s.);
lakin bu şəkilçi m səsindən sonra gəldikdə, məs.: adamnar dar
dialekt xüsusiyyəti daşıdığı üçün orfoepiyaya daxil ola bilmir və bu söz
yazıldığı kimi (adamlar) tələffüz olunur.
3. Orfoepiyada
saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmiyyətə malikdir.
4. Şəkilçilərin
tələffüzündə də ahəng qanunu əsasən gözlənir; lakin orfoepiyanın prinsipləri
ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunundan kənara
çıxma halları nəzərə çarpır.
5. Assimilyasiya
və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlar
orfoepiyada daha geniş yer tutur.
SAMİTLƏRİN TƏLƏFFÜZÜ
H səsi
boğazda sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə daha çox alınma
sezlərdə, sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: heyva,
hörüy, hörümçəy, hürməy, hürkməy, hesab, hərdən, heykəl, həsən, Hüqo, Hekel,
yəhər, öhdə, söhbət, töhmət, təshih, iştah, şah, gah və s.
Q səsi
dil arxasında, partlayan və cingnltili vəziyyətdə tələffüz olunur. Bu səsə
sözün əvvəlində və ortasında rast kəlmək olar; məs.: qazan, qarğa, qar,
qoz, qərar, qayda, qanun, ucqar, yəqin, tənqid, intiqam, diqqət, toqqa, saqqal,
doqquz, saqqız və s.
Söz
ortasında işlənən qoşa q samitindən birinci bir qədər kar
tələffüz olunur; məs.: baqqal, naqqa və s.
Sonundakı q samiti x çalarlığında
tələffüz olunan sözlərə samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz
qoşulduqda q səsi yenə x çalarlığında
tələffüz olunur. Lakin belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə və
ya söz qoşulduqda q əvəzinə ğ tələffüz
olunur; məsələnpapaq - papax - papaxçı. papaxsatan, papax - papağın dərisi,
papağ aldım və s.
Q samiti
aşağıdakı məqam və şəraitdə adi halda, məxrəcinə müvafiq, aydın tələffüz
olunmalıdır:
a) Söz
başında:
1. Saitdən
əvvəl: qal, qazan, qeyd, qeyrət, qəlb, qəşəng, qiyam, qiymət, qırmızı,
qol, qonaq, qönçə, quş, qucaq, qütb, qüvvə və s.
2. Samitdən
əvvəl: qram, qrip, qrup, qvardiya və s.
b) Söz ortasında:
1. Saitlər
arasında: xaqan, laqeyd, əlaqə, naqis, vaqon, hüquq, həqiqət, füqəra,
intiqam, məqam və s.
2. Saitlə
cingiltili samit arasında: İqlim, miqdar, nəqliyyat, təqdim, əqrəb,
əqrəba və s.
3. Cingiltili
sonor samitlə sait arasında: manqal, tonqal, ilqar, yonqar, inqilab,
manqa, çınqıl və s.
4. Kar
samitlə sait arasında: çaşqın, sısqa, asqırmaq, hıçqırmaq, aşqar,
dəhqan, təhqir, təhqiq və s.
5. Qoşa
q-dən ikincisi: hoqqa, toqqa, saqqal, baqqal və s.
Q samiti
bir sıra sözlərdə məqam və şəraitdən asılı olaraq aşağıdakı çalarlıqda tələffüz
olunmalıdır.
a) karlaşmış
halda -q çalarlığında tələffüz olunmalıdır:
1. Söz
ortasında kar samitdən əvvəl yanaşı gələrsə: nöqtə, nəqş, iqtibas,
iqtisad, nöqsan, rəqs, iqtidar, məqsəd və s.
2. Söz
ortasında qoşa q-dan birincisi: toqqa,
çaqqal, baqqal və s.
3. Təkhəcalı
sözlərin sonunda: irq, şərq, fərq, zövq, şövq, məşq, fövq, dınq, danq və
s.
4. Çoxhecalı
alınma sözlərin sonunda: məntiq, ittifaq, natiq, aşiq, şəfəq, məxluq,
tədqiq, istintaq, filoloqvə s.
b) Çoxhecalı
əsil Azərbaycan sözlərinin, eləcə də çoxdan azərbaycancalaşmış bir sıra alınma
sözlərin sonundakı q səsi x çalarlığında
tələffüz olunmalıdır: qabax (qabaq), uzax (uzaq), papax (papaq), otax(otaq), torpax (torpaq), çırax (çıraq), çanax (çanaq), aşıx (aşıq), çomax (çomaq).
Qeyd: Sonundakı q samiti
karlaşmış halda tələffüz olunan sözlərə samitlə başlanan
şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda q-nin tələffüzü
eynən qalır, lakin saitlə başlanan şəkilçi bitişdirildikdə,
söz qoşulduqda sondakı q səsi əslinə uyğun cingiltili
tələffüz olunur, məsələn: ittifaq - ittifaqdan, ittifaqda, ittifaqın, dəqiq - dəqiq
deyil, dəqiq olmalı və s.
X səsi
dil arxasında, kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində,
ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: xal,
xalça, xalis, yaxa, yuxu, taxça, ilxı, yox, çox, tox, bax, tax və s.
Ğ səsi
dil arxasında, sürtünən və çingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
ortasında və axırında rast gəlmək mümkündür; məs.: qarğı, yorğa, yağ,
bağ, buğ, sağ, sağlam, torpağ, yarpağ, yazmağ, oxumağ və s.
Məlum
olduğu üzrə, yazıda q ilə bitən çoxhecalı sözlərin axırında
bəzən x, bəzən də ğ eşidilir, lakinğ səsi
nisbətən çox işlədilir, belə sözlərin axırındakı x səsinin
saitlə başlanan şəkilçidən əvvəl ğsəsinə çevrildiyini də nəzərə
alaraq, orfoepiyada, həmin sözlərə sonu ğ ilə tələffüz edilən
sözlər kimi baxmaq daha məqsədəuyğundur; məs.: torpağ-torpağa, torpağı,
torpağımız, torpağda, torpağdan, yazmağ-yazmağa, yazmağda və s.
Ke səsi
dil ortasında, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: kök,
tikməy, tülkü, kələm, sök, tük, mülk, kitab və s.
Çoxhecalı
sözlərin axırında da, yazıdan fərqli olaraq, ya x(ih), ya g,
ya da y tələffüz olunur. Lakin aparılan müşahidələr köstərir
ki, həmin sözlərin y ilə tələffüzünə üstünlük verilir. Bundan
əlavə, iki sait arasında da y səsi deyildiyindən çoxhecalı
sözlərin axırında y səsinin tələffüzü məqsədə daha uyğundur;
mə.s.: inəy-inəyə, inəyi, inəysiz, inəydə, inəydən; gəlməyə-gəlməyi,
gəlməydə* və s.
__________________
*
Q e y d: Yazıda «q» səsilə bitən
çoxhecalı sözlərin axırında bəzən «x», bəzən «ğ»; «k» səsi
ilə bitənlərin axırında isə ya «x» (ih). ya da «y» şəklində
tələffüz müşahidə edilir. Bu variantların hər ikisini doğru hesab etmək olar.
Lakin saitlə başlanan şəkilçidən əvvəl «q» səsinin «ğ» səsinə, «k»səsinin «y» səsinə
keçməsini nəzərə alaraq orfoepiya sözlüyündə də «ğ» və «y» variantının
saxlanılmasını məsləhət bildik.
Ka səsi
dil arxasında, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə rus
dilindən alınan sözlərdə sözün əvvəlində, ortasında və sözün axırıpcı hecasında
təsadüf olunur; məs.:traktor, kabinet, leksika, fonetika, texnika, mexanika
və s.
Ərəb
mənşəli bəzi sözlərin axırında k səsi tələffüz edilir; mos.: hak,
təsdik, ittifak, aşik, üfük, şəfək və s.
G səsi
dil ortasında, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu sözə
sözün əvvəlində, ortasında, sonunda və sözün axırıncı hecasında rast gəlmək
mümkündür. Söz axırında nsəsi ilə birlikdə gələn g səsi
bir qədər kar (k səsinə yaxın) tələffüz olunur; məs.: zəng,
pələng, tüfəng, fişəng və s.
Y səsi
dil ortasında, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: yük, yağ,
iynə, düymə, yay, ay, küləy, dirəy, getməy və s.
T səsi
dil önündə, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: tor,
tər, tir, ton, tütün, sütül, titrəmə, iti, ot, it, at, yat və s.
Bəzi
alınma sözlərin axırında gələn t səsi samitlə başlanan
şəkilçidən və ya sözdən əvvəl tələffüz edilmir; məs.: doslar (dostlar),
sərbəs (sərbəst), nefçi (neftçi) və s.
D səsi
dil önündə, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: diş, darı,
diz, deməy, Qədir, dad, yad və s.
Sonu d ilə
bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin d səsi
karlaşmış şəkildə (t səsi kimi) tələffüz olunur; məs.: kənddən,
kənd müəllimi, qənddir, bulud kəlir, qəndsiz və s.
İrəli
assimilyasiya nəticəsində şəkilçinin birinci səsi olan d səsi n səsi
ilə əvəz olunur; məs.:mənnən, sənnən, yerinnən, gedənnən, axşamnan,
qolumnan, dilinnən, dilimnən və s.
S səsi
dil önündə, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: sən,
siz, Solmaz, Sevil, sarı, susmaq, dəsmal, Yasəmən, yasdığ, kasa, isti, tas,
yas, bas və s.
Ərəb
mənşəli çoxhecalı sözlərin axırında s səsi özünü göstərir;
məs.: iclas, təsis, ixtisas, mütəxəssis və s.
Z səsi
dil önündə, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Z səsinə
sözün önündə, ortasında və axırında rast gəlirik; məs.: zəli, zəfəran,
zökəm, zəlzələ, azad, azar, əzməy, əziz, saz, köz, qaz və s.
Çoxhecalı
sözlərin axırında z səsi samitlə başlayan şəkilçidən və sözdən
əvvəl bir qədər kar tələffüz olunur; məs.: almazdan, almaz mədəni, Araz
çayı, dayazdır, xoruz səsi və s.
Ş səsi
dil önündə, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Ş səsi
sözun əvvəlində, ortasında və axırında işlənir; məs.: şal, şalvar,
qaşıq, yaşıd, işığ, baş, daş, qaş, qarış, barış, yarış. və s.
J səsi
dil önündə, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə bir sıra
alınma sözlərin əvvəlində və ortasında rast gəlmək olar; məs.: jaket,
jilet, jandarma, jarqon, əjdaha, Əjdər, jüri, jurnal və s.
Ç səsi
dil önündə, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir.; məs.: çadır,
çay, çeşmə, çaşmaq, açar, saçağ, parça, iç, üç, ölçü, açmağ, qaçmağ, keçməy,
keçid və s.
Dissimilyasiya
nəticəsində sözün axırında gələn ç səsi d səsi
qarşısında ş səsinə keçir; məs.:qaşdı, keşdi, aşdı, işdi və
s.
C səsi
dil önündə, partlayan və cinkiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: cavan, can,
calamaq, qoca, yonca, uca, ac, sac, güc, tac və s.
Çoxhecalı
sözlərin axırında c səsi bir qədər kar (ç səsinə
oxşar) tələffüz olunur; məs.: ağac, yalavac, çəkic, kərpic, qılınc və
s.
Dissimilyasiya
nəticəsində sözün axırında gələn c səsi d səsi
qarşısında j səsi ilə əvəz olunur; məs.: ağajdar,
ağajda, bijdiy (bic), güjdü, kərpijdən və s.
N səsi
dil önündə, burunda və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: nənə,
naziy, Nazlı, nanə, qonşu, yan, don, yon, yun və s.
Geri
assimilyasiya nəticəsində sözün ortasında və axırında gələp n səsi m səsi
ilə əvəz olunur; məs.: zəmbil, sümbül, şəmbə, Qəmbər, kümbəz, təmbəki,
ombir, ombeş, dimməz, bəyəmmir, dimmə və s.
L səsi
dişdə, süzgüp və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: lil,
limon, lif, lalə, yoldaş, yalnız, dil, bilməy, il və s.
Tələffüzdə
dəyişikliyə daha çox məruz qalan səslərdən biri də L səsidir.
Bu səs assimilyasiya nəticəsində t, d, s, z, ş, n, m, r səslərindən
sonra həmin səslərə, ya da məxrəccə bunlara yaxın olan səslərə keçir.
1) t,
d, s, z, ş səsləri ilə bitən sözlərə L səsi ilə
başlanan şəkilçilər qoşulduqda, L səsi dsəsi ilə
əvəz olunur; məs.: atdar, otdar, otduğ, rahatdığ, dö:lətdi, addı,
daddı, süddü, səsdər, hirsdəndi, qızdar, bizdər, təmizdiy, duzdu, gözdədim,
işdə, başda, qaşdar, daşdar, qışdağ, yoldaşdar və s.
2) n səsi
ilə bitən sözlərə L səsi ilə başlanan şəkilçilər qoşulduqda L səsi n səsi
ilə əvəz olunur; məs.: oğlannar, gəlinnər, xannar, odunnar, insannar,
aydınnığ, sinni, vijdannı, bulannığ, yamannığ və s.
3) r səsi
ilə bitən sözlərə L səsi ilə başlanan şəkilçilər qoşulduqda L səsi r səsi
ilə əvəz olunur; məs.: qarrı, varrı, narrar, fərri, azarrı, şəhərri,
ağırrığ, hünərri və s.
R səsi
yuvaqda, süzgün və cingiltili vəziyyətdə tələffüz olunur. R səsinə
sözün əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: rica,
rayon, Rəhim, radio, ruh, arx, Araz, arzu, darısqal, yar, darı, nar, tar və s.
İndiki
və qeyri-qəti kələcək zamanın III şəxs cəmində -lar şəkilçisindən
əvvəl gələn r səsi assimilyasiya nəticəsində L səsinə
keçir; məs.: alıllar, oturallar, gəlillər, bilillər və s.
F səsi
diş və dodaqda, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə alınma
sözlərdə sözün əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: fərə,
fəhlə, fason, fanar, təftiş, dəftər, səfər, torf, tərif, saf və s.
V səsi
diş və dodaqda, sürtünən və cinkiltili vəziyyətdə tələffüz olunur. Bu səsə
sözlərin əvvəlində, ortasında və təkhecalı sözlərin axırında rast gəlmək
mümkündür; məs.: var, ver, vur, vəlvələ, talvar, ov, qov və s.
P səsi
qoşa dodaqda, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: papağ,
yarpağ, paltar, palçığ, qarpız, pul, sap, ip, top və s.
B səsi
qoşa dodaqda, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: bal,
bala, yaba, çoban, daban, qab, boşqab və s.
Çoxhecalı
sözlərin və şəkilçilərin axırında b səsi bir qədər karlaşır (p səsinə
oxşar); məs.: kabab, qutab, corab, kitab, hesab, alıb, gəlib və s.
M səsi
qoşa dodaqda, burunda və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün
əvvəlində, ortasında və axırında rast gəlirik; məs.: mən, min; Mirzə,
pambığ, saman, şam, dam, adam və s.
ŞƏKİLÇİLƏRİN
TƏLƏFFÜZÜ
Tələffüzdə
şəkilçilər əsasən ahəng qanununa tabe olur. Bununla yanaşı, bəzi hallarda söz
əsasının son samitinin təsiri altında şəkilçinin əvvəlinci samiti assimilyasiya
hadisəsinə uğrayır (bu hal xüsusən L səsi ilə başlanan
şəkilçilərə aiddir).
SÖZDÜZƏLDİCİ
ŞƏKİLÇİLƏRİN TƏLƏFFÜZÜ
1. -çı,
-çi, -çu, -çü: çayçı, əməyçi, quşçu, döyüşçü və s.
2. -lı,
-li, -lu, -lü, -dı, -di, -du, -dü, -rı, -ri, -ru, -rü, -nı, -ni, -nu, -nü: yağlı,
irəli, yuvalı, yüklü, gilli, qollu, atdı, ətdi, duzdu, süddü, narrı, tərri,
nurru, ömürrü, qannı, sinni, enni, yunnu, yönnü və s.
3. -lığ,
-liy, -luğ, -lüy, -dığ, -diy, -duğ, -duy, -rığ, -riy, -ruğ, -rüy, -nığ, -niy,
-nuğ, -nüy: atalığ, meşəliy, qumluğ, üzümlüy, ağajdığ, tərsdiy,
otduğ, döşdüy, narrığ, tərriy, zorruğ, ömürrüy, aydınnığ, dənniy, odunnuğ,
gönnüy və s.
4. -cığ,
-ciy, -cuğ, -cüy: uşaqcığ, evciy, quzucuğ, gözcüy və s.
5. -cığaz,
-ciyəz, -cuğaz, -cüyəz: uşaqcığaz, gəlinciyəz, quşcuğaz, gözcüyəzvə
s.
6. -ça,
-çə: meydança, bağça, dəftərçə və s.
7. -lağ,
-dağ: çaylağ, yaylağ, qışdağ və s.
8. -daş: yoldaş,
sirdaş, əməkdaş və s.
9. -ca,
-cə: düşüncə, əyləncə və s.
10. -ciy: körpəciy,
kiçiciy və s.
11. -ımtıl,
-umtul: sarımtıl, bozumtul və s.
12. -rağ,
-rəy: yaxşırağ, gödərəy və s.
13. -sız,
-siz, -suz, -suz: başsız, dilsiz, duzsuz, sözsüz və s.
14. -ı,
-i, -u, -ü: yazı, çəki, qorxu, sürü.
15. -ıcı,
-ici, -ucu, -ücü: atıcı, bilici, qurucu, sürücü və s.
16. -ğı,
-ğu, -gi, -kü, -ki: çalğı, asğı, silgi, duyğu, pusğu, itki, içki,
seçki və s.
17. -ım,
-im, -um, -üm: atım, geyim, udum, bölüm və s.
18. -ığ,-iy,
-uğ, -üy, -ağ, -əy: qalığ, biliy, buruğ, hörüy, yatağ, kəsəy və
s.
19. -ış,
-iş, -uş, -üş: yarış, gediş, gəliş, duruş, görüş və s.
20. -ın,
-in: axın, sağın, biçin, əkin və s.
21. -ıntı,
-inti, -untu, -üntü: axıntı, tikinti, ovuntu, töküntü və
s.
22. -ınc,
-inc, -unc, -ünc: qaxınc, qorxunc, sevinc, gülünc və s.
23. -ma,
-mə: qazma, süzmə və s.
24. -ğın,
-gin: yanğın, gərgin və s.
25. -acağ,
-əcəy: çapaçağ, siləcəy və s.
26. -anağ,
-ənəy: tozanağ, döyənəy və s.
27. -ır,
-ir: yatır (dövlət), gəlir (mədaxil)
və s.
28. -ğan: yapışğan,
qudurğan və s.
29. -mağ: qazmağ,
cırmağ və s.
30. -gə: supürgə,
döngə və s.
31. -gəc: süzgəc,
üzgəc və s.
SÖZDƏYİŞDİRİCİ
ŞƏKİLÇİLƏRİN TƏLƏFFÜZÜ
Cəm şəkilçisi
Cəmlik
bildirən -lar, -lər şəkilçisi tələffüzdə müxtəlif şəkildə
özünü göstərir; belə ki,t, d, s, z, ş, r, n səsləri ilə bitən
sözlərdən sonra assimilyasiya nəticəsində dəyişilir və aşağıdakı şəkildə
tələffüz edilir: -lar, -lər, -dar, -dər, -rar, -rər, -nar, -nər: uşağlar,
adamlar, atdar, kolxozdar, itdər, daşdar, dərsdər, narrar, yerrər, qadınnar,
gəlinnər və s.
Hal şəkilçiləri
Hal
şəkilçiləri yazıda olduğu kimi, tələffüzdə də, əsasən, eyni şəkildə işlənir.
Lakin fərq sonu m, n səsləri ilə bitən sözlərə ismin çıxışlıq
halında
-nan,
-nən şəkilçilərinin
qoşulması ilə meydapa çıxır.
Yiyəlik
hal. -ın, -in, -un, -un (samitlə
bitənlərdə): kitabın, ətin, unun, bütün və s.: -nın,
-nin, -nun, -nün (saitlə bitənlərdə): atanın, Əlinin, qutunun,
ütünün və s.
Yönlük
hal. -a, -ə (samitlə bitənlərdə), -ya,
-yə (sait lə bitənlərdə): kitaba, quşa, evə, çölə, quzuya,
körpüyə və s.
Təsirlik
hal. -ı, -i, -u, -ü (samitlə
bitənlərdə), -nı, -ni, -nu, -nü (saitlə bitənlərdə):atı,
iti, otu, südü və s.; qapını, əlini, qutunu, düyünü və
s.
Yerlik
hal. -da, -də: otağda, dəftərdə və
s.
Çıxışlıq
hal. -dan, -dən, -nan, -nən: anadan,
işdən, sürüdən, nənəmnən, nənənnən, işimnən, işinnən, bostannan, meydannan və
s.
Mənsubiyyət şəkilçiləri
Tələffüzdə
də mənsubiyyət şəkilçiləri yazıda olduğu kimidir. Lakin saitlə bitən əsaslardan
sonra gələn I və II şəxs cəmin mənsubiyyət şəkilçilərinin ilk saiti qısa
tələffüz edilir.
I
şəxs təkdə: -ım, -im, -um, -üm (samitlə
bitənlərdə), -m (saitlə bitənlərdə); məs.:kitabım, qələmim,
quşum, gözüm, anam, nənəm və s.
I
şəxs cəmdə: -ımız, -imiz, -umuz, -ümüz (samitlə
bitənlərdə), -mız, -miz, -muz, -müz (saitlə bitənlərdə); məs.: atımız,
işimiz, qolumuz, sözümüz, atamız, nənəmizvə s.
II
şəxs təkdə: -ın, -in, -un, -ün (samitlə
bitənlərdə), -n (saitlə bətənlərdə), məs.:başın, əlin,
qollun, gözün, atan, məqalən və s.
II
şəxs cəmdə: -ınız, -iniz, -unuz, -ünüz (samitlə
bitənlərdə), -nız, -niz, -nuz, -nüz(saitlə bitənlərdə); məs.: ayağınız,
beliniz, yurdunuz, sözünüz, yazınız, nənəniz, yuxunuz, sürünüz və
s.
III
şəxs tək və cəmdə: -ı, -i, -u, -ü (samitlə
bitənlərdə), -sı, -si, -su, -sü (saitlə bitənlərdə); məs.: papağı,
işi, qolu, gözü, yazısı, nəvəsi, quzusu, ütüsü.
Xəbərlik şəkilçiləri
Xəbər
şəkilçilərinin işlənməsində yazıdan fərqli olaraq tələffüzdə gözə çarpan
xüsusiyyət II şəxs cəmdə -sınız, -siniz, -sunuz, -sünüz şəkilçilərnin
əvəzinə -sız, -siz, -suz, -süz şəkilçilərinin işlənməsidir.
I
şəxs təkdə: -am, -əm (samitlə bitənlərdə), -yam,
-yəm (saitlə bitənlərdə); məs.: qardaşam, ma:vinəm, yaxşıyam, mənəm,
işçiyəm, tələbəyəm, tələbeyəm*, yazıram, kələcəyəm.
________________
*
Q e y d: Geniş damaq saitləri ilə (a, ə) bitən
sözlərə I şəxs xəbərlik şəkilçiləri qoşulduqda sözün axırında
olan a, ə səsləri y səsinin təsiri altında
dar e səsinə keçir.
I
şəxs cəmdə: -ığ, -iy, -uğ, -üy (samitlə
bitənlərdə), -yığ, -yiy, -yuğ, -yüy (saitlə bitənlərdə); məs.: qardaşığ,
ma:viniy, yaxşıyığ, ovçuyuğ, qaçırığ, körəriy, oxuyuruğ və s.
II
şəxs təkdə: -san, -sən; məs.: qardaşsan,
işçisən, yaxşısan, sənsən, tələbəsənvə s.
II
şəxs cəmdə: -sız, -siz, -suz, -süz; məs.: qardaşsız,
almısız, tələbəsiz, ovçusuz, yorğunsuz, görmüsüz, qurursuz və s.
III
şəxs tək və cəmdə: -dır, -dir, -dur, -dür;
məs.: qardaşdır, tələbədir, qulluğçudur, alacaqdır, almışdır və
s.
Xəbərlik
kateqoriyasının inkarı deyil zərfi ilə ifadə olunur; məs.: tələbə
deyiləm, deyilsən, deyildir, deyilik, deyilsiz...
Xəbərlik
kateqoriyasının keçmişi tələffüzdə samitlə bitənlərdə -dı, -di, -du,
-dü, -mış, -miş, -muş, -müş, saitlə bitənlərdə isə -ydı, -ydi,
-ydu, -ydü, -ymış, -ymiş, -ymuş, -ymüş şəkilçiləri ilə ifadə
olunur; məs.: adamdı, məllimdi, turşudu, ateydı, nəveydi, qoruqçuydu,
gözətçiydi, döyüşçüydü, qurtmuş, tələbeymiş, planmış, dəcəlmiş, savadlıymış,
işgüzarmış, odunçuymuş, döyüşçüymüş və s.
Sıra say şəkilçiləri
Sıra
say şəkilçiləri də tələffüzdə yazıda olduqu kimi -ıncı, -inci, -uncu,
-üncü(samitlə bitənlərdə), -ncı, -nci (saitlə bitənlərdə)
şəkilçiləri ilə ifadə olunur; məs.:qırxıncı, birinci, onunçu, üçüncü,
yeddinci...
Felin inkar şəkilçiləri
Ədəbi
tələffüzdə də felin inkar şəkilçiləri yazıda olduqu kimi -m, -ma, -mə şəkilçiləri
ilə ifadə olunur. Lakin bu şəkilçilərdən sonra y səsi ilə
başlanan şəkilçilər gəldikdəy səsinin təsiri altında şəkilçinin a səsi ı səsi
ilə, ə səsi isə i səsi ilə əvəz olunur; məs.: almır,
gəlmir, yazmamış, gəlməmiş, yazmıyacağ, gəlmiyəcəy və s.
Felin zaman şəkilçiləri
Şühudi
keçmiş: -dı,
-di, -du, -dü: aldı, gəldi, oxudu, gördü.
Nəqli
keçmiş: -mış,
-miş, -muş, -müş; almış, gəlmiş, durmuş, döymüş və s.
Nəqli
keçmişin II şəxs tək və cəmində tələffüzdə zaman şəkilçisinin
sonunda gələnş səsi düşür və zaman şəkilçiləri -mı, -mi,
-mu, -mü ilə ifadə olunur; məs.:dözmüsən, yazmısız, demisiz,
durmusuz, düşmüsüz və s.
Bundan
əlavə, nəqli keçmiş (birinci şəxsdən başqa) -ıb, -ib, -ub,
-üb şəkilçiləri ilə də ifadə olunur; məs.: alıbsan, gəlibsən,
alıbsız, gəlibsiz, alıb, gəlib və s.
İndiki
zaman: -ır,-ir,-ur, -ür (samitlə
bitənlərdə); -yır, -yir, -yur, -yür (saitlə bitənlərdə); məs.: atır,
deyir, durur, görür, oynuyur, gözdüyür, quruyur, durulur...
Qəti
gələcək zaman: -acağ, -əcəy (samitlə
bitənlərdə), -yacağ, -yəcəy (saitlə bitənlərdə); məs.: danışacağ,
gəzəcəy, oxuyacağ, gözdiyəcəy, deyəcəy və s.
Qeyri-qəti
gələcək zaman: -ar, -ər (samitlə
bitənlərdə), -yar, -yər (saitlə bitənlərdə); məs.: yıxar,
tikər, axar, içər, başdıyar, işdiyər, bürüyər, gözdiyər.
Xəbər formasının hekayəsinin
şəkilçiləri
Xəbər
formasının hekayəsi -dı, -di, -du, -dü şəkilçiləri
ilə ifadə olunur; məs.:danışırdı, almışdı, gedəcəydi, oxuyardı, görərdi və
s.
Xəbər
formasının rəvayəti -mış, -miş, -muş, -müş şəkilçiləri
ilə ifadə olunur; məs.:yazırmış, getmişmiş, deyəcəymşi, oxuyarmış və
s.
Felin forma şəkilçiləri
Əmr
formasının şəkilçiləri
I
şəxs təkdə: -ım, -im, -um, -üm (samitlə,bitənlərdə), -yım,
-yim, -yum, -yüm(saitlə bitənlərdə); məs.: alım, gedim, qurum,
görüm, başdıyım, işdiyim, oxuyum, bürünüm və s.
I
şəxs cəmdə: -ağ, -əy (samitlə bitənlərdə), -yağ,
-yəy (saitlə bitənlərdə); məs.:yayağ, gedəy, başdıyağ, işdiyəy və
s.
II
şəxs cəmdə: -ın, -in, -un, -ün (samitlə
bitənlərdə) -yın, -yin, -yun, -yün (saitlə bitənlərdə); məs.: açın,
tikin, durun, hörün, bağlıyın, işdiyin, qoruyun, bürüyün və s.
III
şəxs tək və cəmdə: -sın, -sin, -sun, -sün; məs.: qalsın,
getsin, uçsun, görsün, oxusun, düşünsün, başdasın, işdəsin və
s.
Arzu
formasının şəkilçiləri
Tələffüzdə
arzu formasının keçmişinin işlənməsində gözə çarpan xüsusiyyət bupdan ibarətdir
ki, burada yazıdan fərqli olaraq, forma şəkilçisi bir cür, yəni sözün ahənginə
tabe olmayaraq -ey şəklində işlənir.
İndiki
zamanda: -a, -ə (samitlə bitənlərdə), -ya,
-yə (saitlə bitənlərdə); məs.: yaza, gələ, oxuya, sürüyə və
s.
Keçmiş
zamanda: -eydi, -eymiş, -yeydi; məs.: aleydi,
gedeydi, oxuyeydi, göreydi, süreydi, qaçeymiş və s.
Şərt
formasının şəkilçiləri
Tələffüzdə
şərt formasının keçmişi yazıdan fərqli olaraq bir cür, yəni -sey şəklində
ifadə olunur.
İndiki
zamanda: -sa, -sə; məs.: başdasa,
görsə, oxusa, bürüsə və s.
Keçmiş
zamanda: -seydi, -seymiş; məs.: alseydi,
getseydi, oxuseydi, verseymiş, yazseymiş və s.
İndiki
zamanda: -malı, -məli; məs.: almalı,
gəlməli, oxumalı, görməli və s.
Keçmiş
zamanda: -malıydı, -məliydi, -malıymış, -məliymiş;
məs.: yazmalıydı, getməliydi, görməliymiş, qaçmalıymış və s.
Lazım
formasının şəkilçiləri
İndiki
zamanda: -ası, -əsi (samitlə bitənlərdə), -yası,
-yəsi (saitlə bitənlərdə); məs.: qazası, verəsi, oxuyası,
bürüyəsi və s.
Keçmiş
zamanda: -asıydı, -əsiydi, -asıymış, -əsiymiş (samitlə
bitənlərdə), -yasıydı, -yəsiydi, -yasıymış, -yəsiymiş (saitlə
bitənlərdə); məs.: uçasıydı, gedəsiydi, oxuyasıydı, yeyəsiydi,
oxuyasıymış, görəsiymiş və s.
Davam
formasının şəkilçiləri
İndiki
zamanda: -mağda, -məydə; məs.: yazmağda,
getməydə və s.
Keçmiş
zamanda: -mağdeydi, -məydeydi, -mağdeymiş,
-məydeymiş; məs.: qaçmağdeydi,
görməydeydi, qalmağdeymiş, kəzməydeymişvə s.
Sual
şəkilçiləri: -mı, -mi, -mu, -mü; məs.: aldımı,
getdimi, oxudumu, gördümü və s.
Feli bağlama şəkilçiləri
1. -ıb,
-ib, -ub, -üb (samitlə bitənlərdə), -yıb, -yib, -yub, -yüb (saitlə
bitənlərdə); feli bağlama şəkilçilərinin axırdakı b səsi bir
qədər kar tələffüz edi- lir; mə s.: alıb, gəlib, oxuyub, bürüyüb, işdiyib və
s.
2. -arağ,
-ərəy (samitlə bitənlərdə), -yarağ, -yərəy (saitlə
bitənlərdə); məs.:qaçarağ, deyərəy, başdıyarağ, işdiyərəy və
s.
3. -anda,
-əndə (samitlə bitənlərdə), -yanda, -yəndə (saitlə
bitənlərdə); məs.:alanda, gələndə, oxuyanda, sürüyəndə və s.
4. -ınca,
-incə, -unca, -üncə (samitlə bitənlərdə), -yınca, -yincə,
-yunca, -yüncə (saitlə bitənlərdə); məs.: çıxınca, girincə,
uçunca, üzüncə, oxuyunca, görüncə, bilincə, bürüyüncə və s.
5. -dığca,
-diycə, -duğca, -düycə; məs.: danışdığca,
dediycə,
oxuduğca, gördüycə və s.
6. -dığda,
-diydə, -duğda, -düydə; məs.: axtardığda, bildiydə, qurduğda,
sökdüydə və s.
7. -dığdan,
-diydən, -duğdan, -duydən; məs.: axtardığdan, oxuduğdan,
kördüydən və s.
8. -annan,
-ənnən sonra; məs.: yazannan sonra,
görənnən sonra və s.
9. -madan,
-mədən; məs.: almadan, görmədən və s.
10. -mamış,
-məmiş; məs.: almamış, getməmiş və s.
11. -arkan,
-ərkən (samitlə bitənlərdə), -yarkən, yərkən (saitlə
bitənlərdə); məs.: bağlıyarkan, birləşərkən, qaçarkən, yeyərkən və
s.
12. -mışkən,
-mişkən; məs.: aparmışkən, gətirmişkən və s.
13. -ar,
-maz, -ər, -məz; məs.: yazar, yazmaz, kələr, kəlməz və
s.
14. -alı,
-əli (samitlə bitənlərdə), -yalı, -yəli (saitlə
bitənlərdə) ; məs.: yazalı, gedəli, oxuyalı və s.
15. -anı,
-əni; məs.: yazanı, gələni və s.
Məsdər şəkilçiləri
-mağ,
-məy; məs.: yazmağ,
görməy, oxumağ və s.
Zərf şəkilçiləri
1. -ca,
-cə; məs.: məncə, qabağca, rahatca və s.
2. -casına,
-cəsinə; məs.: qəhrəmancasına, kommunistcəsinə və s.
3. -cadan,
-cədən; məs.: yavaşcadan, öncədən və s.
4. -nən,
-nan; məs.: tədricnən, asannığnan və s.
5. -dan,
-dən; məs.: çoxdan, tezdən, bərkdən və s.
QOŞMALARIN
TƏLƏFFÜZÜ
1. İlə
-la, -lə qoşması yazılışından fərqli olaraq tələffüzdə -nan,
-nən (samitlə bitənlərdə), -ynan, -ynən (saitlə
bitənlərdə) şəklində işlənir. Sonu geniş damaq saitləri ilə bitən sözlərin
axırıncı saiti -nan, -nən qoşmasından əvvəl ey kimi
tələffüz olunur; məs.: nə ağılnan, kimnən, atnan, nəneynən, quzuynan,
ütüynən və s.
2. Üçün
qoşması tələffüzdə ahəngə tabe olaraq. -çın, -çin, -çun, -çün şəklində
sözə bitişik halda işlənir; məs.: oxumağçın, işdəməyçin, onunçun,
özümçün, səninçin və s.
Nə
sual əvəzliyi üçün qoşması ilə bitişik deyildikdə ney şəklində
tələffüz olunur; məs.: neyçün.
3. -can,
-cən; məs.: otağacan, evəcən və s.
4. -dəy; məs.: alanadəy,
səhərədəy, indiyədəy və s.
Hiç yorum yok:
Yorum Gönder