27 Kasım 2018 Salı

Qoşmaların tələffüzü


1. İlə -la, -lə qoşması yazılışından fərqli olaraq tələffüzdə -nan, -nən (samitlə bitənlərdə), -ynan, -ynən (saitlə bitənlərdə) şəklində işlənir. Sonu geniş damaq saitləri ilə bitən sözlərin axırıncı saiti -nan, -nən qoşmasından əvvəl ey kimi tələffüz olunur; məs.: nə ağılnan, kimnən, atnan, nəneynən, quzuynan, ütüynən və s.
2. Üçün qoşması tələffüzdə ahəngə tabe olaraq. -çın, -çin, -çun, -çün şəklində sözə bitişik halda işlənir; məs.: oxumağçın, işdəməyçin, onunçun, özümçün, səninçin və s.
Nə sual əvəzliyi üçün qoşması ilə bitişik deyildikdə ney şəklində tələffüz olunur; məs.: neyçün.
3. -can, -cən; məs.: otağacan, evəcən və s.

4. -dəy; məs.: alanadəy, səhərədəy, indiyədəy və s.

2 yorum: