29 Temmuz 2017 Cumartesi

Alınma sözlərin tələffüzü


ƏRƏB VƏ FARS MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ
1.       Ərəbcə və farscada ğ ilə deyilən sözlər tələffüzdə q səsi ilə ifadə olunur; məs.: qalib, qeyrət, qərb, qüssə, qəflət, qəribə və s.
2.       Təkhecalı sözlərin sonunda gələn qoşa samitlərdən biri tələffüz olunmur; məs.: zən, zid, rəd sir, tib, fən, xət, həd, həl, his və s.
Belə sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırındakı qoşa səslər qalır; məs.: haqqında, ziddinə, xəttin və s.
3.       Ərəbcədə sözlərin ortasında i ilə yazılan sözlər tələffüzdə yi ilə ifadə olunur; məs.: ayilə, bayis, dayim, dayirə, mayil, fayiz, xayin və s.
4.       Bir qisim ərəbcə və farsca sözlər dilimizin ahənginə tabe edilərək tələffüz olunur, lakin bir qisim sözlər də vardır ki, əslində olduğu kimi, yəni ahənginə tabe edilməyərək tələffüz olunur.
a)     ahəngə tabe olanlar; məs.: nahar, zaman, nağıl, naxış, rahat, davam, qadağan, babat, qala, xata, xırman, fağır, farağat, bəxt, bəxtəvər, vərəq, dənə, təqsir, tərəzi, xəmir, xətir  və s.
b)     ahəngə tabe olmayanlar; məs.: bərabər, qəbul, qərar, zəmanə, xatirə, istirahət, iştaha, səfa, kənar, macəra, güzəran, məhsul və s.
5.       Ərəbcə və farsca sözlərin əsasən birinci hecasında gələn ə, i, ü səslərinin tələffüzü.
a)      ə səsi ilə tələffüz olunur; məs.: qənaət, əmtəə, nəhayət, rəyasət, səyahət, cəhət və s.
b)      i səsi ilə tələffüz olunur; məs.: Vidadi, qiraət, nicat, rica, siyasət və s.
v)      ü səsi ilə tələffüz olunur; məs.: Füzuli, fürsət, hücum, şüar və s.
6.       Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda iki sait arasında n, y və s səsləri tələffüz olunur; məs.: sənayenin, sənayeyə, sənayesi, mənbəyi, mənşəyi, taleyi, ixtirası, misrası və s.
7.       Əslində sifət şəkilçisi iyyə, məsdər şəkilçisi iyyət və bunların cəmi olan iyyat bir y ilə tələffüz olunur; məs.: maliyə, səviyə, əhəmiyət, cəmiyət, ziddiyət, kəmiyət, müvəffəqiyət, ictimaiyət, ədəbiyat, külliyat və s.
8.       Farsca binahəm kimi ön şəkilçilər sözlərə bitişərək olduğu kimi tələffüz edilir; məs.: bisavad, naxoş, namərd, həmcins və s.
9.       Farsca sözün axırında gələn sifət şəkilçisi tələffüzdə də i (samitlə bitənlərdə), vi (saitlə bitənlərdə) ilə ifdə olunur; lazımi, təsadüfi, iqtisadi, Gəncəvi, kimyəvi və s.
10.     Farsca yer bildirən -stan, -ıstan, -istən, -ustan, -üstan şəkilçiləri yazıldığı kimi də tələffüz edilir; məs.: Gürcüstan, Ermənistan, Dağıstan, Hindistan, Monqolustan, Kürdüstan və s.
11.     Sözlərin axırına qoşulan farsca naməxana sözləri yazıldığı kimi də tələffüz olunur; məs.: kitabxana, çayxana, şəhadətnamə, bəyannamə və s.

RUS VƏ AVROPL MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ
1.       Ruscada sözün tərkibindəki q səsindən sonra e və i səsləri kələrsə, q səsi gsəsi kimi tələffüz olunur; məs.: geologiya, biologiya, gimnastika, gitara, general, geodeziya, gerb və s.
2.       Əslində h, ruscada isə bəzən q və bəzən də x ilə deyilən sözlər h səsi ilə tələffüz olunur; məs.: humanizm, himn, Hekel, harmoniya, hektar, Bethoven və-s.
3.       Əslində c, rusçada isə dj ilə deyilən sözlər c ilə tələffüz olunur; məs.: caz, cemper, Caparidze, Cek London və s.
4.       Sözlərin tərkibindəki ts səsi s ilə tələffüz olunur; məs.: sirk, sex, resept, dasent, kansert və s.
Q e y d: Xüsusi isimlərdə kələn ts səsi ts kimi tələffüz olunur; məs.: Tsetkin, Zaytsev, Kuznetsov, Motsart, Titse və s.
5.       Sözlərib əvvəlində kələn  səsi ş səsi ilə tələffüz olunur; məs.: Şerba, Şedrin, şotka və s.
6.       Ruscada o səsi ilə yazılıb, a səsi ilə deyilən sözlər a səsi ilə də tələffüz olunur; məs.: praqram, prablem, Maskva, Adessa, Qançarov, Talstoy, mator, paravoz, samavar  və s.
7.       Sözlərin tərkibində ia səsləri iya kimi tələffüz olunur; məs.: diyalektika, imperiyalizm, materiya, sosiyalizm və s.
8.       Sözün müxtəlif yerlərində gələn eynicinsli qoşa samitlərdən biri tələffüz olunmur; məs.: antena, aparat, masaj, pasaj, tunel, rejisor, sesiya, teleqram və s.
Qeyd: Bəzi sözlərdə isə qoşa səslər tələffüz olunur; məs.; kassa, vassal və s.
9.       Ruscada sonu a ilə bitən sözlər tələffüzdə a-sız deyilir; məs.: qəzet, qrup, dram, pyes, planet, prablem və s.
Qeyd: Aşağıdakı sözlərdə sözün axırında a tələffüz edilir; məs.: forma, kassa, fabula, norma, diktatura, qrammatika, palata, respublika, taktika və s.
10.     Ruscada sonu ik ilə bitən və sözün vurğusu bu şəkilçidən əvvəlki hecanın üzərinə düşən ixtisas və məşğuliyyət bildirən sözlər ruscada olduğu kimi tə- ləffüz olunur; məs.: fizik, botanik, akademik, texnik.


Qeyd: Akademik sözü sifət bildirdikdə (akademiçeskiy) vurğu sözün axırıncı hecasına keçir; məs.: akademik saat, akademik borc və s.

25 Mayıs 2017 Perşembe

DNT-nin Darvinə xəbərdarlığı

DNT-nin Darvinə xəbərdarlığı
Darvinizm (Təkamül) elmi nəzəriyyə deyil ideologiyadır.
Bu saytda bəhsi keçən təkamülçü yanılmalar izah olunur, yaradılışa qarşı gətirilən etirazların məntiqsizliyi və səthiliyi ortaya qoyulur. Son elmi tapıntıların darvinizmə nə qədər böyük bir zərbə vurduğu da açıq şəkildə görünür.


Bu saytı oxuduğunuzda Allahı inkar edən materialist fəlsəfənin artıq son nəfəsini verdiyini və bəşəriyyətin 21-ci əsrdə bu kimi yalanlardan xilas olaraq həqiqi yaradılış məqsədinə qayıdacağını siz də görəcəksiniz.

26 Nisan 2017 Çarşamba

Təkamülün mikrobioloji çöküşü


Bu kitabın mövzusu, insan bədəninin təməli olan hüceyrədir. Bu gün təkamül nəzəriyyəsi, xüsusilə mikrobioloji səviyyədə, tamamilə çökmüş vəziyyətdədir. Bu kitabçanın məqsədi isə, təkamül nəzəriyyəsinin bu elmi çöküşünü gözlər önünə sərmək və yaradılış həqiqətinin mikrobioloji səviyyədəki bəzi dəlillərini ortaya qoymaqdır.

27 Şubat 2017 Pazartesi

SAİTLƏRİN TƏLƏFFÜZÜ


A səsi arxa sırada, geniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: alma, ata, bağlar, alacağ və s.

Bəzi ərəb və fars mənşəli sözlərdə a səsi uzun tələffüz olunur; məs.:  ma:ş, sa:t, da:va, Sa:bir, a:li, şa:gird. a:şiq, a:ram, a:hu və s.

y səsi özündən əvvəl gələn geniş (açıq) saiti dar (qapalı) saitə çevirir; buna görə də şəkilçilərdə ysəsindən əvvəl gələn geniş səsi y səsinin təsiri altıda dar ı səsinə keçir; məs.: anıya, almıyacağ, başdıyar, bağlıyır, danlıyır və s.

Saitlə bitib, digəri isə saitlə başlanan iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffüzü qeyri-mümkün olur və həmin tərkibdə birinci söz öz vurğusunu itirdiyi üçün onun son səsi (a saiti) tələffüz edilmir; məs.: Ağəli, Baləli, xaloğlu və s.

Sözün axırıncı y səsindən sonra gələn a səsi ismin yönlük halında iki y səsinin arasında tamamilə darlaşır və tələffüz edilmir; məs.: qayya (qayaya).

Tələffüzdə orada, burada yer zərflərində r səsindən sonra gələn a səsi deyilmir; məs.: orda, burda.

Ə səsi ön sırada, keniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Ə səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: əl, nənə, dərələr, dədəmə, kəlmə və s.

Bəzi ərəb və fars mənşəli sözlərdə ə səsi uzun tələffüz edilir; məs.: tə:lim, tə:yin, tə:ziq,. tə:rif, bə:zi, mə:lum. Şəkilçilərdə y səsindən əvvəl gələn geniş ə səsi y səsinin təsiri altında dar i səsinə keçir; məs.: dəv yə, kəlm yəcəy, işd i yir, dinl i yir və s.

Saitlə bitən və saitlə başlanan sözlərin birləşməsindən əmələ kəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffuzü qeyri-mümkün olduğu və tərkibdəki birinci söz öz vurğusunu itirdiyi üçün əvvəlinci sözün ə saiti tələffüz edilmir; məs.: Mirzağa, Mirzəli və s.

E səsi ön sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səs tələffüzdə də ancaq sözün birinci hecasında özünü göstərir; məs.: yeişy, sel, demə, eşit və s.

Ə səsi ilə bitən və e səsi ilə başlanan sözlər bitişik tələffüz edildikdə ə səsi deyilmir və e səsi uzun tələffüz olunur; məs.: ne:dim (nə edim).

Q e y d. Bəzən ikinci sözün əvvəlində y səsi deyildiyindən e səsi adi şəkildə tələffüz edilir; məs.:neyliyim (nə eləyim).

Ərəb və fars mənşəli sözlərdə e səsi bəzən uzun tələffüz edilir; məs.: e:tibar, e.tiraz, e:lan, e:tina və s.

I səsi arxa sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə tələffüzdə ancaq sözün ortasında və axırında təsadüf edilir; məs.: qırmızı, qış, sarı və s.

Vurğunun son hecaya düşməsi nəticəsində sözün birinci hecasında ı səsi qısa tələffüz olunur; məs.:qıfıl, qızdırma, tısbağa və s.

Bəzi sözlərə saitlə başlayan şəkilçilər qoşulduqda, vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində, sözün axırıncı hecasındakı ı səsi tələffüz edilmir; məs.: ağız-ağza, ağzı, ağzım, alın-alnı, alnın və s.

Sözün axırında y səsindən sonra gələn ı səsi ismin yönlük halında iki y səsinin arasında darlaşır və çox zəif tələffüz edilir; məs.: ayıya-ayıya, dayıya- dayıya və s.

Saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci söz vurğusunu itirdiyi üçün onun axırında olan ı səsi qısa tələffüz edilir; məs.: dayıoğlu, bacıoğlu və s.

İ səsi ön sırada dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. İ səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: iş, diş, tik, iri, iti və s.

Sözün birinci vurğusuz hecasında i səsi qısa tələffüz olunur; məs.: kiçiy, kişi, dişdəmə, piti, pişiy və s.

Bəzi ərəb mənşəli sözlərdə i uzun tələffüz olunur; məs.: vəsi:qə, ni:zə, vi:ran, Vəsi:lə, Mədi:nə və s.

Bəzi sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı i səsi tələffüz edilmir; məs.: şəkil-şəklə, şəkli; sinif-sinfin, sinfə, sinfimiz, Misir-Misrə və s.

O səsi arxa sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə, bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: boyun, boğça, dodaq, toyuq, pozmaq və s.

Ö səsi ön sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə də bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: öz, döşəy, sökməy, döyməy və s.

U səsi arxa sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur.

U səsinə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: uzun, uduş, quru, quzu və s.

Bəzi ərəb mənşəli sözlərdə söz ortasında u səsi uzun tələffüz olunur; məs.: xüsu:si, Füzu:li, tu:fan və s.

Sözün vurğusuz birinci hecasında u səsi qısa tələffüz olunur; məs.: bulaq, bucaq, budağ, buzov və s.

Bəzi sonor səslərlə bitən ikihecalı sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırıncı hecasındakı u səsi vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində tələffüz edilmir; məs.: burun-burnu, oğul-oğlu, oğlum və s.

Ü səsi ön sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: üzüm, ütü, üzüy, üzməy və s. Sözün vurğusuz birinci hecasında ü səsi qısa tələffüz olunur; məs.: tüfəng, qüzey, düşmən, bütün, bürün, düyün, tüstü və s.

Sonor saitlərlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı ü səsi deyilmir; məs.: ömür-ömrün, ömrə, ömrü, zülüm- zülmün, zülmə, zülmü və s.